Tamara Mustafayeva, Banco.az
Türk Hava Yolları İngiltərəyə səfərləri təxirə salıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətdən edilən açıqlamaya görə, Türkiyədən Birləşmiş Krallığa karqo daşınması istisna olmaqla, birbaşa reyslər qısa bir müddətə təxirə salınıb.
Türk Hava Yollarının rəsmi internet saytından yayımlanan açıqlamada İngiltərə hökuməti tərəfindən qəbul edilən qərarlara istinadən 12 may saat 06:00-dan etibarən müvəqqəti olaraq Türkiyədən Birləşmiş Krallığa nəzərdə tutulan aviareyslərin həyata keçirilməyəcəyi qeyd edilib.
Birləşmiş Krallıqdan Türkiyəyə və Türkiyə vasitəsilə digər ölkələrə həyata keçirilən reyslərə isə heç bir məhdudiyyət tətbiq edilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!