Tamara Mustafayeva, Banco.az
Ceff Bezos Amazon şirkətindəki səhmlərini satmağa qərar verib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, dünyanın ən varlı insanı olan Ceff Bezos 2.5 milyard dollarlıq Amazon səhmlərini satmaqla aviasiya və kosmik araşdırmalar şirkətini maliyyələşdirməyi planlaşdırır.
ABŞ-da fəaliyyət göstərən investisiya bazarları üzrə tənzimləyici orqan olan SEC-in açıqlamasına görə, Bezos əvvəlcədən müəyyənləşdirilmiş plan çərçivəsində bu həftə təqribən 739 min səhm satışı həyata keçirib. Digər bir açıqlamada isə Bezosun yenə də 2 milyona yaxın səhmini əldən çıxarmağı düşündüyü bildirilib.
Qeyd edək ki, Amazon-un səhmləri ötən il 76% dəyər qazansa da, bu il hələ ki, çox cüzi dəyişiklik yaşanıb. Bezosun səhmləri satmasının əsas səbəbi isə aviasiya və kosmik araşdırmalar üçün təsis etdiyi Blue Origin şirkətini maliyyələşdirməkdir.
Xatırladaq ki, Blue Origin həftənin çərşənbə günü açıqlama edərək ilk insanlı kosmik səyahətin 20 iyul tarixində reallaşdırılacağını və raketdəki oturacaqlardan birinin hərrac vasitəsilə satılacağını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!