Bank BTB nağdsız ödənişlərin və kart əməliyyatlarının ölkədə iqtisadi inkişaf və şəffaflığına dəstək olaraq yeni kampaniyaya start verdi!
Belə ki, 01.05.2021 - 30.09.2021 tarixlərində Bank BTB-nin fiziki şəxs Mastercard sahiblərindən ən çox dövriyyə edən 3 şəxs pul mükafatı qazanacaq.
Birinci yer – 2000 AZN, ikinci yer – 1000 AZN, üçüncü yer – 500 AZN. Dövriyyə etmək üçün isə sadəcə Bank BTB Mastercardları ilə ATM, POS-terminal və ya onlayn alış-veriş zamanı istifadə etmək kifayətdir.
Qeyd edilən kampaniya çərçivəsində Bank BTB-nin fiziki şəxs müştərilərə təqdim etdiyi debet, kredit, əmək haqqı və eləcədə əmanətə bağlı istənilən növ Mastercard kartları ilə həyata keçirilən əməliyyatlar nəzərə alınacaqdır.
Müştərilər Bank BTB-nin Mastercardlarını bankın istənilən xidmət nöqtəsindən və ya bit.ly/kartsifarishi linkinə keçid alaraq onlayn sifariş edə bilərlər.
Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.
Bankın məhsul, xidmət, kampaniya, ATM və xidmət nöqtələri barədə məlumat almaq istəyən şəxslər Bank BTB-nin rəsmi səhifəsinə www.btb.az, eləcə də Facebook (www.facebook.com/bankbtb), Instagram (www.instagram.com/bankbtb) səhifələrinə müraciət edə, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsi və (012) 946 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!