Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri bahalaşmaqda davam edir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının azalmasına dair xəbərlərin fonunda bahalaşıb.
ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,3% yüksələrək bir bareli 64.02 dollara çatıb.
Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1,3% dəyər qazandıqdan sonra yenidən 0,3% yüksələrək bir bareli 67.48 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!