Azərbaycandakı bankların iqtisadiyyata tələbi cüzi artıb | Banco.az

Azərbaycandakı bankların iqtisadiyyata tələbi cüzi artıb

Bu ilin aprelin 1-nə Azərbaycandakı kommersiya banklarının iqtisadiyyata tələbi 14 973,7 manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,2% artıb.

Bu göstərici ilin əvvəli ilə müqayisədə 0,3% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4% azalıb. Sözügedən göstərici 2020-ci ilin ÜDM-in 20,7%-ni təşkil edir.

Qeyd edək ki, "S&P Global Ratings" agentliyinin son proqnozuna əsasən bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbətinin 21,6%-nə qədər azalacağını, 2022-ci, 2023-cü və 2024-cü illərdə isə müvafiq olaraq 21,3%-ni, 20,7%-ni və 20,7%-ni təşkil edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, kommersiya banklarının iqtisadiyyata tələbi hesablanmış faizlər və banklararası kreditlər daxil olmaqla, lakin yaradılmış ehtiyatlar çıxılmaqla bankların müəssisələrə və əhaliyə borc verdiyi məbləğdir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram