Neft ucuzlaşmaqda davam edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neft ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ehtiyatların artması fonunda ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti xam neft ehtiyatlarının çoxalması və dünya üzrə koronavirusa yoluxma halının yenidən artması səbəbindən ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% dəyər itirməklə bir bareli hazırda 61.07 dollara icra edilir.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,4% geriləyərək bir bareli 65.06 dollara qədər ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram