May ayı üçün aviabiletlərin qiymətləri - Siyahı | Banco.az

May ayı üçün aviabiletlərin qiymətləri - Siyahı

Covid-19 pandemiyasının bir ildən artıq davam etməsi turizmin inkişafına öz mənfi təsirlərini qoydu. Xüsusilə də hava limanlarının bağlanması, uçuşların təxirə salınması buna bariz nümunədir. Vaksinin istifadəyə buraxılması uçuşların qismən də olsa, bərpa olunmasına imkan yaradır. Azərbaycandan da bir neçə ölkəyə uçuşlar bərpa edilib. Lakin uçuşa başlamazdan əvvəl hər kəs mütləq TƏBİB-in akkreditə olunmuş laboratoriyalarında koronavirus infeksiyasına dair testdən keçməlidir. Koronavirus infeksiyasına dair testin mənfi nəticəsi barədə arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Eyni zamanda, testin nəticəsi müsbət olan sərnişinlər uçuşa buraxılmır.

Banco.az da sizin üçün may ayı ərzində Bakıdan digər şəhərlərə olan uçuşların qiymətini araşdırdı. Siyahıda Bakıdan birbaşa olan uçuş olan şəhərlər qeyd olunub.

Qiymətlər tarixdən asılı olaraq dəyişə bilər. Onu da qeyd edək ki, qiymətlər ABŞ dolları ilə qeyd olunub (AZAL və Buta Airways qiymətləri 1 USD - 1,7 AZN məzənnəsinə əsasən hesablanıb). 

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et