Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis | Banco.az
Ziraat Bank Azərbaycan

Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edirik

Vəzifəyə olan tələblər:
•    Ali iqtisadi təhsil; 
•    Müvafiq sahədə 2 il iş təcrübəsi;
•    Kompüter bilikləri (MS Office, Internet); 
•    Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.


Əsas vəzifələr: 
•    Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
• Günsonu fayllarının (kart hesabları, POS və ATM üzrə əməliyyatlar) prosessinq mərkəzindən qəbulu və bank proqramına tanıdılması/müxabirləşmələrin icra edilməsi və günsonu balansın prosessinq mərkəzinə göndərilməsi;
•    “Issuing” və “Ekvayring” əməliyyatları üzrə Bank sponsor, Azərikarddaxili və Azərikardxarici banklarla gündəlik klirinqin aparılması, hesab qalıqlarına nəzarət; 
•    Pos-terminal müqavilələrinin bankın proqramına tanımlanması və müvafiq sənədləşmənin prosessinq mərkəzinə göndərilməsi;
•    ATM İnkassasiya öncəsi və sonrası müvafiq aktların yoxlanılması;
•    POS terminalların fəaliyyətinin aylıq monitorinqi;
•    Kart əməliyyatları, habelə bankın ATM və POS terminallarında aparılmış əməliyyatlara dair  "Etiraz əməliyyatları" və mübahisəli əməliyyatlar üzrə işin aparılması;
•    Kart əməliyyatları üzrə limitlərin təyin edilməsində iştirak və tətbiqinin təmin edilməsi;


Göstərilən tələblərə cavab verən namizədlər Aprel ayının 20-dək  öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Klirinq” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram