"PayPal"da Bitkoin ilə ödəniş dövrü başlayır | Banco.az

"PayPal"da Bitkoin ilə ödəniş dövrü başlayır

Tamara Mustafayeva, Banco.az

ABŞ-a məxsus onlayn ödəniş sistemi PayPal dünən Amerikadakı istifadəçilərinə kriptovalyuta növləri ilə ödəniş edə biləcəklərini açıqlayıb. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən ilin noyabr ayında ABŞ-dakı müştərilərinin birbaşa öz hesabları vasitəsilə kriptovalyuta satın almasına şərait yaradan PayPal indi isə "Kriptovalyuta ilə Ödəniş"/Checkout with Cyrpto" adlı ödəniş formasını təqdim edib. Bununla da istifadəçilər Bitkoin, Ethereum və Litekoin və ya Bitkoin Kəşlərini dərhal dollara çevirməklə ödəniş imkanı əladə edəcəklər. Saytdakı satıcılar isə arzu etdikləri təqdirdə yenə də PayPal vasitəsilə dollarla qeyd edilən vəsaiti yerli valyutalara konvertasiya edə biləcəklər.

Qeyd edək ki, PayPal-ın bu addımından sonra əsas kriptovalyuta növlərində qiymət artımı müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram