Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 3 dəfə azalıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 3 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları ilə 50,5 milyon ABŞ dolları pul xərcləyib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə azdır.

Təkcə fevral ayında xaricilərin bank kartları ilə xərcləmələri isə 25,5 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 2,9 dəfə azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram