Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri bir ildən sonra ən uzun vədəli ucuzlaşmasını yaşayır.
Banco.az xarici mətbuta istinadla bildirir ki, ABŞ-da xam neft ehtiyatlarının artması və Beynəlxalq Enerji Agentliyinin həddindən artıq neft ehtiyatı olduğunu açıqlamasından sonra neftin qiyməti 2021-ci ilə daxil olduğu yüksəliş dinamikasını dayandırıb.
ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,6% geriləyərək bir bareli 64.22 dollara düşüb. Qiymətlər bu həftə 2,2% geriləməklə oktyabr ayından bəri ən uzun həftəlik ucuzlaşma dinamikasına imza atıb.
Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 0,7% dəyər itirərək bir bareli 67.54 dollar səviyyəsinə qədər ucuzlaşıb ki, bu da 9 martdan bəri qeydə alınan ən aşağı göstəricidir.
Bizi sosial şəbəkələrdən izləyin!!