Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb.
ABŞ-dan gələn inflyasiya göstəriciləri və istiqraz hərracının nəticələrindən sonra inkişaf etmiş ölkə valyutalarına qarşı dolların dəyər itirməsi, Türk Lirəsində də bu minvalla dollara qarşı pozitiv dinamika müşahidə edilir.
Məzənnə yeni günün ilk saatlarında 7.50 səviyyəsindən geriləyib. Beləliklə də Türk Lirəsinin dollara qarşı 3 günlük yüksəlişi 3%-i keçib.
Xatırladaq ki, Dollar/TL məzənnəsi bu həftə 7.78 səviyyəsinə qədər yüksəlmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!