OPEC+ iclasından sonra neftin qiyməti bahalaşacaqmı? | Banco.az

OPEC+ iclasından sonra neftin qiyməti bahalaşacaqmı?

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasından öncə stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən neft hasilatının nə qədər artırılacağı ilə bağlı qərarın qəbul ediləcəyi bu gün baş tutacaq iclasdan öncə təqribən 62 dollar təşkil edir.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bir bareli 61.59 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında çərşənbə günü 2,2% yüksəldikdən sonra yenidən 0,6% dəyər qazanaraq bir bareli 64.46 dollar səviyyəsinə qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram