Neft yenidən bahalaşır | Banco.az

Neft yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasından öncə bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən neft hasilatının nə qədər artırılacağı ilə bağlı qərarın qəbul ediləcəyi iclasdan öncə yenidən bahalaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:51-də 0,3% dəyər qazanaraq bir bareli 59.92 dollara qədər bahalaşıb.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 0,4% yüksələrək bir bareli 62.96 dollar səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram