Tamara Mustafayeva, Banco.az
"Dünyanın ən varlı insanı" siyahısına liderliyin Amazon şirkətinin CEO-su Ceff Bezos və Tesla şirkətinin təsisçisi İlon Mask arasında dəyişdiyi bu günlərdə Çində də ən varlılar siyahısı üzrə yerlər dəyişib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Forbes nəşri tərəfindən hazırlanan milyarderlər siyahısına rəqib olan Çinin "Hurun Qlobal Varlılar Siyahısı"nda 2019-2020-ci illərdə birinci pillənin sahibi olan Cek Ma və ailəsi 360 milyard yuan dəyərindəki sərvətləri ilə bu il 4-cü pilləyə geriləyiblər.
Sözügedən siyahının ilk pillələrində müvafiq olaraq su istehsalçısı "Nongfu Spring"dən Zhong Shanshan, "Tencent Holding"dən Pony Ma və e-ticarət startapı olan "Pinduoduo"dan Collin Huang qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!