Amazon loqosunu yenidən dəyişdi | Banco.az

Amazon loqosunu yenidən dəyişdi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi Amazon şirkəti ötən aylarda mobil tətbiqində istifadə edilən alış-veriş arabası loqosunu dəyişdirmişdi. Daha sadə dizayna sahib sözügedən loqo istifadəçiləri məmnun etməmiş və loqonun üzərindəki diş fırçası formasında olan bığ təsviri Adolf Hitlerə bənzədilmişdi. Odur ki, Amazon da yeni loqoda yenidən müəyyən dəyişikliklər etməyə qərar verib.

Diş fırçası formalı bığ modeli ilk dəfə 1900-cu illərdə Çarli Çaplin kimi komediyaçılar tərəfindən istifadə edilirdi. Ancaq 1930-cu illərdə və daha sonra bu bığ modeli faşist diktator Adolf Hitleri xatırladan əsas amilə çevrilmişdi. 

İstifadəçilərin də bu səbəbdən böyük narazılığına səbəb olan yeni loqo Amazon tərəfindən növbəti dəfə dəyişdirilməli olub. 

Amazon şirkətinin yeni loqosunun yekun versiyası hazırda tətbiqin iOS və Android versiyalarında istifadəyə verilib. Onu da qeyd edək ki, bəzi istifadəçilər yeni loqonu "Avatar: The Last Airbender" animasiyasındakı Aang personajına oxşadıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram