Neftin qiyməti ucuzlaşdı | Banco.az

Neftin qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasından öncə ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən neft hasilatının nə qədər artırılacağı ilə bağlı qərarın qəbul ediləcəyi iclasdan öncə ucuzlaşıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti ardıcıl üç gün dəyər itirərək 60 dollardan ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:43-də 1,2% geriləyərək bir bareli 59.89 dollara qədər enib.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 1,2% dəyər itirməklə bir bareli 62.96 dollar səviyyəsinə qədər ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram