Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni iş həftəsinə bahalaşaraq başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yeni aya bahalaşaraq başlayıb, birjaların diqqəti həftənin cümə axşamı həyata keçiriləcək OPEC+ iclasına yönəlib.
Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti cümə günü 3,2% ucuzlaşdıqdan sonra yeni həftədə 63 dollara qədər çatıb.
ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2,3% geriləyərək bir bareli 62.92 dollara qədər ucuzlaşıb.
Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 1,7% dəyər qazandıqdan sonra bir bareli 65.51 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!