Yaxın 10 ildə qlobal qaz istehlakı 15% artacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yaxın 10 ildə qlobal qaz istehlakı 15% artacaq

2030-cu il üçün qlobal qaz istehlakı 2019-cu illə müqayisədə 15% artacaq və 4,55 trln. kubmetrə çatacaq.

Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək qaz bazarı üzrə proqnozunun ("Global Gas Outlook 2050" – GGO) təqdimatına həsr olunmuş onlayn tədbiri zamanı deyib.

Onun sözlərinə görə, istehlakın artımının təxminən 70%-i Asiya-Sakit okean bölgəsi və Şimali Amerikanın payına düşəcək.

"Təbii qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 28%-ə (2019-cu ildə 23%) çata bilər", - Novak  qeyd edib.

APA

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram