Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.
Dolların qlobal birjalarda dəyər qazanmasının ardınca reallaşan ilk əməliyyatlar zamanı stabilliyini saxlayan Dollar/TL məzənnəsi daha sonra yüksəlməyə başlayıb.
Çəşənbə axşamı 6.90 səviyyəsindən aşağı düşən məzənnə yeni günün ilk saatlarında 7 səviyyəsinin ətrafında icra edilir.
Qeyd edək ki, Türkiyədə daxili birjaların diqqəti Mərkəzi bankın sabah baş tutacaq iclasına yönəlib.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!