Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi geriləməyə davam edir.
Türk Lirəsi kursda psixoloji səviyyə hesab edilən 7 səviyyəsini keçdikdən sonra həftənin ikinci iş gününə də bahalaşaraq başlayıb.
Bazar ertəsi axırıncı altı aydan sonra ilk dəfə 7 səviyyəsindən aşağı düşən məzənnə bu gün səhər saatlarında 6.95 səviyyəsində icra edilib.
Qeyd edək ki, dollar isə qlobal birjalarda bir qədər ucuzlaşıb.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!