Tamara Mustafayeva, Banco.az
NordVPN Teams adlı texnologiya şirkətinin apardığı araşdırmanın nəticələrinə görə, İngiltərə, Avstriya, Kanada və ABŞ-da evdən çalışan işçilərin gün ərzində aktiv olduqları müddət orta hesabla iki saatdan çox artıb. İngiltərədə işçilərin həftəlik işləmə müddəti 25% yüksəlib, Hollandiyada isə işçilərin iş vaxtı saat 20:00-a qədər artıb.
Sözügedən araşdırmanın hesabatında qeyd edilir ki, İngiltərə və ABŞ-da müvafiq olaraq 9 və 8 saat olan iş vaxtı karantinin tətbiq edilməyə başlandığı 2020-ci ilin yanvar ayında 11 saata yüksəlib. Kanadadakı işçilərin də onlayn olduqları saatların sayı 9-dan 11-ə çatıb. Danimarka, Belçika və İspaniya kimi ölkələrdə isə əsaslı fərq müşahidə edilməyib.
Simsiz əlaqə xidməti göstərən Wildgoose şirkəti tərəfindən həyata keçirilən araşdırmada isə İngiltərədə məsafədən işləyənlərin 44%-nin əvvəlki ilə nəzərən daha çox işlədiklərini aşkar edib. Xüsusən də, orta sahibkarlıq müəssisələrində iş yükünün artdığı vurğulanıb.
Bununla yanaşı, nəticələr göstərir ki, evdən işləyənlər nahar fasiləsi üçün daha az vaxt ayırır və bəzi hallarda xəstə olsalar belə, işlərinə davam edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!