Tamara Mustafayeva, Banco.az
Kuba iqtisadiyyatının bir çox sferasını özəl sektor üçün açdığını elan edib. Bu, iqtisadiyyatı dövlətin nəzarətində olan komunist rejimli Kubanın tarixində bu vaxta qədərki ən böyük iqtisadi islahatlardan biridir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən ilin avqust ayında Məşğulluq Naziri Marta Elena Feito tərəfindən hazırlanan qanun layihəsi cümə günü təsdiq edilib. Bununla da, özəl müəssisələrin fəaliyyətinə icazə verilən sektor sayı 127-dən 2 minə artırılıb.
Qeyd edək ki, hazırda Sovet İttifaqının süqutundan sonrakı ən ağır iqtisadi böhran halını yaşayan ölkədə prezident Miguel Díaz-Canel hökuməti iqtisadiyyatın təkcə 124 sektorunun dövlət nəzarətində qalacağını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!