Tamara Mustafayeva, Banco.az
Texnologiya nəhəngi Apple elektromobil istehsalı üçün Cənubi Koreyanın avtomobil brendi Kia Motors ilə razılaşma imzalamağa hazırlaşır. Razılıq əldə ediləcəyi təqdirdə Apple markalı avtomobillərin 2024-cü ildə bazara çıxarılması planlaşdırılır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya istehsalçısı Apple Kia ilə əməkdaşlıq çərçivəsində ABŞ-ın Corciya ştatındakı fabrikdə Apple avtomobilləri istehsal etməyə başlayacaq. İki şirkətin razılaşmanı 17 fevral tarixində imzalaması, sözügedən avtomobillərin isə 2024-cü ildə təqdim edilərək bir ildə 100 min elektromobil istehsal edilməsi planlaşdırılır.
Qeyd edək ki, Apple firmasının istehsal fabriki inşa edilməsi üçün Kia Motors şirkətinə 3.5 milyard dollar investisiya ayıracağına dair xəbərlərdən sonra Kia Motors səhmləri 14.5% bahalaşıb ki, bu da şirkətin səhmlərini 1997-ci ildən sonra ən yüksək səviyyəyə çatdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!