İlon Maskın sayəsində bu dəfə də yanlış şirkətin səhmləri bahalaşdı | Banco.az

İlon Maskın sayəsində bu dəfə də yanlış şirkətin səhmləri bahalaşdı

Tamara Mustafayeva, Banco.az

İlon Maskın "Clubhouse" adlı yeni sosial media platformasında bir yayıma qoşulması ilə kiçik investorlar "Clubhouse Media Group" adlı şirkətin səhmlərinə yönəliblər. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, Clubhouse tətbiqi ilə əlaqəsi olmayan sadəcə ad oxşarlığı olan "Clubhouse Media Group" şirkətinin səhmləri bir gün ərzində 110% artım göstərib. 

Xatırladaq ki, ötən ay da oxşar hadisə İlon Maskın Signal platformasını rəsmi twitter səhifəsində tövsiyə etməsi ilə yaşanılmışdı. Belə ki, o zaman da sözügedən tətbiqlə əlaqədar olmayan və səhiyyə texnologiyası sahəsində fəaliyyət göstərən "Signal Advances" şirkətinin səhmləri tvitin yazıldığı gün 527% artmışdı. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram