Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ucuzlaşmağa davam edir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti koronavirusa yoluxma sayının artması səbəbindən aşağı yönlü dinamika ilə davam edərkən karantin tədbirləri yaxın dövrlər üzrə yanacaq tələbatı ilə bağlı narahatlıqları artırıb.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 52 dollara qədər ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:12-də 0.3% dəyər itirməklə 52.19 dollara geriləyib.
Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.5% gerilədikdən sonra yenidən 0.2% geriləyərək bir bareli 55.64 dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!