Ötən il ən çox smartfon satan şirkət BƏLLİ OLDU | Banco.az

Ötən il ən çox smartfon satan şirkət BƏLLİ OLDU

Tamara Mustafayeva, Banco.az

Aparılan araşdırmalar nəticəsində Apple firmasının 2020-ci ildə ən çox smartfon satan şirkət olduğu müəyyən edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, International Data Corporation (IDC) tərəfindən həyata keçirilən bazar araşdırması ötən ilin ən çox smartfon satan şirkətlərini aşkar edib. Bəlli olduğu kimi, ötən il dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəbilə smartfon satışlarında da azalma müşahidə edilmişdi. Buna baxmayaraq, ən çox satılan smartfon modellərinin içərisində iPhone birinci sıradadır.

IDC tərəfindən 2020-ci ilə dair aparılan bu araşdırmaya görə, smartfon satışları ötən il 2019-cu ilə nəzərən 5,9% geriləyib. Hesabatda bu geriləmənin əsas səbəbi kimi pandemiya qeyd edilib və ilin son rübündə 385 milyondan çox smartfon satışının həyata keçirildiyi bildirilib. Bu dövrdə ən çox smartfon satan texnologiya şirkəti isə Apple olub. Görünür ki, sözügedən dövrdə təqdim edilən iPhone 12 modelləri istifadəçilərin böyük marağına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram