Dünyanın ən dəyərli markaları AÇIQLANDI - "Apple" "Amazon"u üstələdi | Banco.az

Dünyanın ən dəyərli markaları AÇIQLANDI - "Apple" "Amazon"u üstələdi

Tamara Mustafayeva, Banco.az

Hər il Brand Finance tərəfindən hazırlanan dünyanın ən dəyərli 500 markasının müəyyən edildiyi "Dünyanın Ən Dəyərli 500 Markası - Global 500-2021" siyahısı açıqlanıb. Bu il də TOP-10-luqda texnologiya markalarının üstünlüyü diqqət çəkir. Ən maraqlı məqam isə 2016-cı ildən bəri siyahının ilk pilləsində yer almayan Apple firmasının bu il zirvədə qərarlaşması olub. İllərdən bəridir ki, zirvənin sahibi olan Amazon şirkətini geridə qoyan Apple 2021-ci ilin ən dəyərli markası seçilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən hesabatda Apple firmasının marka dəyərinin 87% artmaqla 263,4 milyard dollara yüksəldiyi qeyd edilib. Amazon 254 milyard dollarlıq dəyərlə ikinci pillədə qərarlaşıb. Google, Microsoft və Samsung da ardıcıl olaraq siyahının 3,4,5-ci pillələrində yer alıblar. Bu markalar içərisində ən az dəyər qazanan isə 1.4%-lik artımla Google olub. Aşağıdakı cədvəldən siyahının TOP-luğu ilə tanış ola bilərsiniz.

Siyahıya nəzər saldıqda ən çox markanın ABŞ-a məxsus olduğunu, Çin və Cənubi Koreyanın da həmçinin təmsil olunduğunu görə bilirik. Qeyd edək ki, dünyanın ən dəyərli 500-cü markası isə 4 milyard dollarlıq dəyərə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram