Tamara Mustafayeva, Banco.az
Bitkoin kritik səviyyəni keçib.
Ən yüksək bazar dəyərinə sahib kriptovalyuta olan Bitkoinin qiyməti ucuzlaşmağa davam edir. Dəyər itkisinin ikinci gününü yaşayan Bitkoin 10 günlük hərəkətli dinamikanın əksinə 8%-dən çox ucuzlaşıb.
Məlum olduğu kimi, bitkoin ayın əvvəlində 42 min dollar səviyyəsini keçdikdən sonra sürətlə ucuzlaşaraq 17% geriləmişdi.
Qeyd edək ki, ikinci ən dəyərli kriptovalyuta olan Ethereum isə qismən bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!