Vakansiya haqqında məlumat:
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Pərakəndə biznes məhsullarının satışı departamentində Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsini müdiri" vakansiyasını elan edirik.
Öhdəliklər:
- Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinin yerinə yetrilməsi üçün uyğun siyasətin işlənib hazırlanması;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların seçilməsi, işə qəbul olunması, yerləşdirilməsi və işdən azad olunması;
- Təliş işlərinin təşkili və aparılması ilə bağlı uyğun planın təşkili;
- Tədris proqramlarının yaradılması və testlərin hazırlanmasının təşkili;
- Əməliyyatçıların, kassa əməkdaşlarının və ofis menecerlərinin hədəflərinin müəyyən edilməsi, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması;
- Qeyri-kredit portfeli üzrə zəruri hesabatların aparılması;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərin icrası;
- Bonus sisteminin hazırlanması;
- Satışla bağlı Marketinqə təkliflərin verilməsi;
- Satışın aparılmasına dair təkliflərin verilməsi;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların məzuniyyət planlaşdırılmasına nəzarət;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin vəzifə və əməkhaqqı məsələlərini təşkil etmək və ya əksinə hədəfləri vurmayan və işini düzgün aparmayan əməkdaşlara tədbirlərin görülməsi;
- Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan Respublikasının Banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR Mərkəzi Bankının filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqda bilik;
- Maliyyə və mühasibatlıq hesabatları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik hesabatların hazırlanması bacarığı;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- MS office və Bank proqramları (GNI və s.) üzrə yüksək biliklər.
- Yüksək səviyyədə rus dili biliyi, İngilis dili arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Səmərəli ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Namizədlər elektron poçtun “mövzu” yerinə “RET-099” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Komandamıza qoşulmağa hazırsan?
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
Yelo bank