"Avropada cari il yalnız bu ölkənin iqtisadiyyatı böhrandan əvvəlki səviyyəyə qayıdacaq" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Avropada cari il yalnız bu ölkənin iqtisadiyyatı böhrandan əvvəlki səviyyəyə qayıdacaq"

"Moody's Investors Service" bu il Avrozona iqtisadiyyatının ortalama 4,3% artacağını proqnozlaşdırır.

Bu il ən yüksək ÜDM artımı İspaniyada olacağı gözlənilir – 6%. Buna baxmayaraq, İspaniya 2021-ci ilin sonunadək iqtisadiyyatını böhrandan öncəki səviyyəyədək bərpa edə bilməyəcək və 2022-ci ilə Avrozona ölkələri arasında ən gərgin iqtisadi vəziyyəti olan ölkə kimi daxil olacaq.

Analoji vəziyyət Fransa, Portuqaliya və Belçika üçün də proqnozlaşdırılır. Bu ölkələrin ÜDM-i müvafiq olaraq 5,3%, 5,2% və 4,5% artacağı gözlənilir. Sözügedən iqtisadiyyatların tam bərpası ən azı 2022-ci ilədək uzanacağı güman edilir.

"Moody's" qeyd edir ki, cari ildə Avrozona ölkələri arasında yalnız Litva iqtisadiyyatı 3,3% artaraq COVID-19 pandemiyası böhranından əvvəlki səviyyəyə qayıda biləcək.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram