Azərbaycan qaz ixracını artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan qaz ixracını artırıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 12,278 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verilir.

Hesabata əsasən, yanvar-noyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,178 milyard dollara yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 16,68 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycan təxminən 2,4 milyard dollar məbləğində 16,3 milyard kubmetr qaz ixrac etmişdi.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram