Gələn ilin ehtiyac meyarının 170 manat olması təsdiqləndi | Banco.az

Gələn ilin ehtiyac meyarının 170 manat olması təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram