Növbəti dörd ildə qeyri-neft sektoruna 59 mlrd. manata yaxın investisiya yatırılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Növbəti dörd ildə qeyri-neft sektoruna 59 mlrd. manata yaxın investisiya yatırılacaq

2021-2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoruna 58,818 mlrd. manat həcmində investisiya yatıracağı proqnozlaşdırılır.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Qeyd edilir ki, 2021-ci ildə sözügedən sektora 11,449 mlrd. manat həcmində gözlənən investisiyaların həcminin 2022-ci ildə 12,079 mlrd. manat, 2023-cü və 2024-cü illərdə isə müvafiq olaraq 13,680 mlrd. manat və 15,610 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Faktiki göstəricilərə gəldikdə, 2019-cu ildə qeyri-neft sektoruna yönəldilmiş investisiyaların həcmi 1,9% artaraq 11,695 mlrd. manat, 2020-ci ilin yanvar-noyabr aylarında isə 11% azalaraq 7,504 mlrd. manat olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram