Tamara Mustafayeva, Banco.az
Neft qiymətlərində oktyabr ayından bəri ilk həftəlik dəyər itkisi müşahidə edilir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri oktyabr ayının koronavirus peyvəndi ilə bağlı müsbət xəbərlərindən sonra ilk həftəlik ucuzlaşmasına hazırlaşır.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti cümə axşamı qismən bahalaşsa da, bu həftə 2% geriləyərək 48 dollara düşüb.
ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:08-də 0.4% dəyər qazanaraq bir bareli 48.30 dollar səviyyəsinə çatıb.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 2,2% yüksəldikdən sonra bu gün yenidən 0.5% yüksələrək bir bareli 51.44 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!