Tamara Mustafayeva, Banco.az
Texnologiya nəhəngi Oracle Silikon Vadisindən inzibati mərkəz olan Ostin şəhərinə köçür.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın texnologiya şirkəti Oracle firmanın mərkəzi ofisini Texas ştatının Ostin şəhərinə köçürməyə qərar verib.
Şirkət həmçinin əməkdaşlarına istənilən ərazidəki ofislərdə işləməyi seçmə və ya məsafədən işləmə imkanı yaradan çevik iş rejimini də elan edib.
Qlobal miqyasda 135 min işçisi olan Oracle şirkəti Silikon Vadisinin ilk şirkətlərindən biridir və 1977-ci ildə Santa-Klara şəhərində əsası qoyulmuşdur.
Qeyd edək ki, hazırda Oracle şirkəti ilə yanaşı bir çox müəssisə də Silikon Vadisindən ayrılmağa qərar verib.
Həmçinin oxu: Milyonçuların qeyri-adi uşaqlıq illəri
Bizi sosial şəbəkələrdən izləyin!!