Bu şirkət həftədə 4 günlük iş rejimi modelini sınaqdan keçirir | Banco.az

Bu şirkət həftədə 4 günlük iş rejimi modelini sınaqdan keçirir

Tamara Mustafayeva, Banco.az

Ötən illərdə bəzi firmaların həftədə 4 günlük iş qrafiki sistemini sınaqdan keçirməsinə şahid olmuşduq. İndi isə qlobal istehlak məhsulları istehsalçısı Unilever şirkəti bu modelə müraciət edib. Şirkət ötən həftə açıqlamasında Yeni Zelandiyadakı əməkdaşları üçün həftədə 4 günlük iş qrafiki tətbiq edəcəyini elan edib.

Dünya İqtisadi Forumunun yayımladığı xəbərə görə, Unilever şirkəti Yeni Zelandiyada yerləşən ofislərində işləyən 81 personalın da 2021-ci ilin dekabr ayınadək davam edəcək bu sınaq müddətində iştirak edə biləcəyini bildirib. Bununla yanaşı, şirkət yeni rejimlə işləyəcək personalın maaşında heç bir dəyişiklik olmayacağını da vurğulayıb.

12 ay davam edəcək bu sınaq müddətinin sonunda Unilever nəticələri analiz edəcək və qlobal miqyasda fəaliyyət göstərən 155 min əməkdaşı üçün bu sistemin necə tətbiq ediləcəyinə qərar verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dünyada 3 gün tətil, 4 gün iş dövrü başladı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et