Avropa Mərkəzi Bankı gözlənildiyi kimi faizləri dəyişməz saxlanılması barədə qərar qəbul edib.
AMB depozit faizini -0,5%, pul siyasəti faizini 0%, marjinal maliyyələşmə faizini 0,25% səviyyəsində sabit saxlayıb.
Bank pandemiya alış proqramına 500 milyard avro əlavə edib və proqramı 9 ay uzadıb. Daha əvvəl 2021-ci ilin İyun ayında tamamlanması nəzərdə tutulan pandemiya alış proqramı 2022-ci ilin Mart ayınadək uzadılıb. Pandemiya alış proqramının cəmi böyüklüyü də 1,85 trilyon avroya yüksəlib.
Bankın açıqlamasında qiymətli kağız alışlarının pandemiyada böhran mərhələsinin bitdiyinə dair qərara gəlilənə qədər davam edəcəyi mesajı verilib.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!