Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri koronavirusa yoluxma səviyyəsinin artması fonunda geriləyib.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri koronavirusa yoluxan insan sayının artması ilə yaxın dövrdə enerji tələbinin azalacağına dair proqnozlar səbəbilə geriləyib. Belə ki, Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 45 dollara düşüb.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) Bakı vaxtı ilə 06:42-də 0.9% dəyər itirərək bir bareli 45.34 dollar səviyyəsinə geriləyib.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0.9% geriləyərək bir bareli 48.33 dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!