İstanbul Hava Limanı Avropanın tanınmış hava limanlarını geridə qoydu | Banco.az

İstanbul Hava Limanı Avropanın tanınmış hava limanlarını geridə qoydu

Tamara Mustafayeva, Banco.az

İstanbul Hava Limanı 28 noyabr-4 dekabr tarixləri arasında Avropada ən çox uçuş həyata keçirilən hava limanı olub.

Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatının (EUROCONTROL) məlumatına görə, İstanbul Hava Limanında 1 dekabr tarixində 423, 2 dekabrda 498, 3 dekabrda 483 və 4 dekabr tarixində isə 570 uçuş həyata keçirilib. 

İstanbul Hava Limanı bu səfər sayları ilə 28 noyabr-4 dekabr tarixləri ərzində Amsterdam şəhərində yerləşən Amsterdam Schiphol, Frankfurt şəhərinin Frankfurt Hava Limanı, Londondakı Hitrou Beynəlxalq Hava Limanı və Parisin Şarl de Qoll Hava Limanı kimi aparıcı hava limanlarını yenə də geridə qoymağa nail olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram