Azərbaycanda avronun məzənnəsi son 2,5 ildə ən yüksək həddə çatıb | Banco.az

Azərbaycanda avronun məzənnəsi son 2,5 ildə ən yüksək həddə çatıb

Dekabrın 2-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0535 manata çatıb ki, bu da son 31 ay ərzində ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən  məlumata görə, avronun manata qarşı məzənnəsi sonuncu dəfə bu səviyyədən yuxarı 2018-ci ilin 30 aprel tarixində qeydə alınıb – 2,0618 manat.

Xatırladaq ki, AMB-nin bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 türk lirəsi isə 0,2171 manat təşkil edib. 1 Rusiya rublu 0,0224 manata yüksəlib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram