Azərbaycanın maliyyə institutları arasında ən yüksək kredit reytinqi olan qurum açıqlanıb | Banco.az

Azərbaycanın maliyyə institutları arasında ən yüksək kredit reytinqi olan qurum açıqlanıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyət dövr ərzində təşkilatın maliyyə zərərləri olmayıb, Fond bütün illəri mənfəətlə başa vurub və bu günə cəmi bölüşdürülməmiş mənfəəti (kapital ehtiyatları) 85 mln. manat təşkil edib.

Bunu İKZF-nin jurnalistlər üçün təşkil etdiyi tədbirdə təqdimatla çıxış edən Fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, cari ilin sonuna 10 mln. manat mənfəət gözlənilir.

R. Hümmətov həmçinin qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən maliyyə institutları arasında yalnız İKZF-nin suveren kredit reytinqi ölkənin beynəlxalq kredit reytinqinə malikdir və beləliklə, bu reytinq ən yüksək hesab olunur. Sədr müavini onu da xatırladıb ki, hazırda Fondun aktivləri 1,8 mlrd. manat, məcmu kapitalı isə 822 mln. manat təşkil edir.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu ilin aprel ayında İKZF-nin yerli və xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram