Onlayn mağaza Bitcoin Movement (BTCMVMNT) blokçeyn texnologiyasına əsaslanan “Orijinalın sübutu” sistemli geyim kolleksiyası seriyasını satışa buraxdı. Repçi Zuby-nin iştirakı ilə hazırlanmış 300 məhsuldan ibarət kolleksiya, üzərində «21 Million» logolu baş geyimləri və futbol köynəyindən ibarətdir. Bütün bu geyimlərdə təmassız rabitə texnologiyasını dəstəkləyən və VeChain blokçeyni ilə əlaqəli bir çip yerləşdirilib. Bitcoin Movement tərəfindən yaradılan mobil tətbiqetmənin köməyi ilə alıcılar üzərində “Take the Power Back” (hakimiyyəti qaytarın) yazılan geyim növləri haqqında məlumat əldə etmək üçün paltarlarına yapışdırılmış stikeri “skan” edə bilərlər. Əgər məhsul orijinaldırsa mobil tətbiqetmədə «100% Genuine Verified» mesajı görünəcək. Bundan əlavə, mobil tətbiq hər bir geyim növünün fərdi nömrəsini və blokçeyndə qeyd olunan əməliyyatın unikal identifikatorunu göstərəcəkdir.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!