Apple bu məhkəmə işinin bağlanması üçün 113 milyon dollar ödəcəyək | Banco.az

Apple bu məhkəmə işinin bağlanması üçün 113 milyon dollar ödəcəyək

Tamara Mustafayeva, Banco.az

Apple firmasına istifadəçiləri müntəzəm olaraq yeni modelləri almağa təşviq etmək üçün şirkətin iPhone proqram yeniləmələri ilə smartfonları olduqca zəiflətməsinə dair məhkəmə işi açılıb. Apple isə ittihamların geri götürülməsi üçün 113 milyon dollar ödəməklə kompromisə gedəcək.

ABŞ-ın məhkəməyə müraciət edən 33 əyaləti Apple firmasının köhnə iPhone modellərində baterayaları tez zəifləmə mexanizmi ilə istehsal etdiyini iddia edib. "Batareyanın istifadə müddətini uzatma" səbəbilə tətbiq edilən proqram yeniləmələri də smartfonların sürətini əsaslı dərəcədə azaldır. Beləliklə də, istifadəçilər yeni modellərə müraciət etməli olurlar.

Xatırladaq ki, 2016-cı ildə ortaya çıxan bu problem ABŞ-da "batterygate" adlandırılmışdı.

Apple məhkəmə işi ilə bağlı açıqlama etməmiş, ancaq uzun vədədə batareyaların istifadə müddətini artırmaq üçün smartfonların performansını yavaşlatdıqlarını bildirmişdi.

Məhkəmə işinin yekunlaşması üçün kompromisə getməyi qəbul edən Apple firması hələ də yanlış addım atmadıqlarını və heç bir qanun pozuntusuna yol vermədiklərini iddia edir.

Ödəməli olduğu 113 milyon dollarla yanaşı şirkət gələcək dövrlərdə batareya ilə bağlı proqram yeniləmələri üzrə qeydlərdə, şirkətin rəsmi internet saytında və "parametrlər" bölməsində ətraflı məlumat verməyi qəbul edib.

Qeyd edək ki, şirkət bu ilin mart ayında oxşar mövzuda açılmış məhkəmə işində də kompromisə gedərək 500 milyon dollar ödəməyi qəbul etmişdi.

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram