Ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb | Banco.az

Ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb

Bu ilin oktyabr ayında Azərbaycandan Gürcüstana 5,33 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

Bu barədə ölkənin Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,4 dəfə çoxdur. Azərbaycanın ötən ay Gürcüstana xarici ölkələrdən daxil olan pullarda payı 2,9% təşkil edib.

Hesabat ayında Gürcüstandan Azərbaycana isə 1,5 milyon dollar pul göndərilib ki, bu da illik müqayisədə təxminən 15% çoxdur.

Oktyabr ayında xaricdən Gürcüstana 181,7 milyon dollar (18,6% artım), Gürcüstandan xarici ölkələrə isə 23,9 milyon dollar (6,3% artım) pul köçürülüb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram