Bankların əməliyyat mənfəətində vəziyyət necə dəyişib? | Banco.az

Bankların əməliyyat mənfəətində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

Bunlar "Turan Bank", "Express Bank", "Bank of Baku", "Naxçıvan Bank", "Rabitəbank", “Günay Bank”, "Kapital Bank", “Xalq Bank”, "Bank BTB" və "Bank Avrasiya"dır. Ən yüksək dinamika "Turan Bank"da (2,6 dəfə), ən aşağı dinamika isə "Bank Avrasiya"da (2,5%) qeydə alınıb.

12 bankın - "PAŞA Bank", "AFB Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", İran Milli Bankının Bakı filialı, "Bank Respublika", “Premium Bank”, "Access Bank" və "Unibank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Unibank"da (76,3%), ən az azalma isə "PAŞA Bank"da (0,4%) qeydə alınıb.

1 bankın - "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri 31,2% artıb, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri 8,6% azalıb.

2 bank - "Muğan Bank" və "Yelo Bank" isə bu ilin yanvar-sentyabr aylarında əməliyyat zərəri ilə üzləşib, ötən ilin eyni dövründə isə əməliyyat mənfəəti əldə edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram