Bu gün Brent neftinin təxminən 4% ucuzlaşaraq qiymətinin 36 dollar səviyyələrinə düşməsi ilə əlaqədar olaraq Rusiya Rublu da ucuzlaşır.
Moskva Birjasında Dolların qiyməti 80,54 səviyyəsinə yüksəlib. Dollar Rubl qarşısında 1,27% dəyər qazanıb. Banklarda Dolların satış qiyməti 81 rublu keçib.
Avro isə 1,23% bahalaşaraq 93,75 rubla qalxıb.
Neftin ucuzlaşması (2 noyabr tarixində keçirilmiş hərracda Brent markalı neftin bir barelinin qiyməti 37 dollardan aşağı düşüb) və COVID-19 pandemiyası səbəbindən bir sıra ölkələrdə karantin tədbirlərinin sərtləşdirilməsi fonunda Rubl Avro və Dollar qarşısında zəifləyir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!