Türkiyə Mərkəzi Bankından yeni sərt addım! | Banco.az

Türkiyə Mərkəzi Bankından yeni sərt addım!

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı  (TCMB) həftəyə yeni sərtləşdirmə addımı ilə başladı.

3 Noyabr 2020-dən etibarən Bankalararası Valyuta Bazarında bankların borc ala bilmə limitləri sıfırlanıb.

Açıqlamaya görə, açıq bazar əməliyyatları daxilində TL-də buraxılmış kirayə sertifikatları qarşılığında həyata keçirilən gecəlik repo əməliyyatları dayandırılıb.

Açıqlamada, "Qiymət sabitliyi və maliyyə sabitliyi hədəfləri üçün bütün vasitələrdən istifadə edilməyə davam ediləcək" deyilib.

TCMB keçən həftə də BİST repo bazarındakı maliyyələşməni məhdudlaşdırmışdır. Bankın bu addımların təsiri ilə vəsait cəlb etməyin xərci  artmış və 13,40% səviyyəsinə yüksəlmişdir.

Sərt addımlarda məqsəd kredit faizlərini yüksəltmək və inflyasiyanın artmasını məhdudlaşdırmaqdır.

Qeyd edək ki, Türk Lirəsi dəyərdən düşməkdə davam edir. Bu gün Dollar/TL məzənnəsi 8.3982 səviyyəsini görüb. 

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram