Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiqlənib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qaydaya əsasən, icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu fərdi identifikasiya nömrəsinə (FİN) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sistemində aparılır.
Fərdi uçot icbari tibbi sığorta üzrə hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sığortaolunan isə sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir.
Sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.
Fərdi uçotun aparılması zamanı sığortaolunana dair şəxsiyyətini təsdiq edən sənədin tipi, seriyası, nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), vətəndaşlığı, adı, soyadı, atasının adı, doğulduğu tarix, cinsi, qan qrupu, yaşadığı ünvan, işlədiyi müəssisənin ünvanı, işçinin işə başlama tarixi, işçinin işdən çıxma tarixi, pensiyaçının məşğulluq vəziyyəti, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), qeydiyyat ünvanı, fəaliyyət ünvanı, ananın fərdi identifikasiya nömrəsi (FİN), ölüm tarixi, ölüm haqqında sənədin verilməsi tarixi, doğuşun baş verdiyi tarix kimi məlumatlar toplanılır.
Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi indentifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır. Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.
Bizi sosial şəbəkələrdən izləyin!!