“Koronavirus pandemiyası qlobal tənəzzülə səbəb oldu və indi də maliyyə böhranına səbəb ola bilər”.
Bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart deyib.
Onun fikrincə, vəziyyət tədricən əhəmiyyətli maliyyə nəticələri ilə genişmiqyaslı iqtisadi böhrana çevrilib.
“Bir çox ölkələrin tətbiq etdiyi iqtisadiyyata kütləvi miqdarda vəsait axıdılması ən dayanıqlı yol deyil. Bu səbəbdən dövlətlər borc böhranları ilə qarşılaşa bilərlər. Qarşıda uzun yol var”, - K.Reynhart xəbərdarlıq edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!